SON XƏBƏRLƏR

“Amnesty İnternational” iranlı vəkilin 30 il həbs və 111 şallaq zərbəsinə məhkum edilməsini qınayıb

2021.10.20, 07:36
“Amnesty İnternational” iranlı vəkilin 30 il həbs və 111 şallaq zərbəsinə məhkum edilməsini qınayıb

Gunaz.tv

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı- “Amnesty İnternational” iranlı vəkil Əmir Salar Davudiyə qarşı çıxarılmış hökmü kəskin qınayıb.

 

Bu barədə İyunun 3-də təşkilatın Yaxın Şərq və Şimali Afrika Tədqiqatları şöbəsinin rəhbəri Flip Luter bəyanat yayıb.

 

“Bu hökm şok edici dərəcədə ağır, eləcə də zalım ədalətsizliyin nümunəsidir. Əmir Salar Davudi insan haqlarını müdafiə etdiyi üçün cəzalandırılıb. İnsan haqlarının pozulması hallarını ifşa etmək üçün açılmış Telegram kanalı cinayət hesab edilə bilməz. İranlı rəsmilər onu dərhal və qeyd-şərtsiz azad etməlidirlər”- deyə bəyanatda deyilir.

 

“Amnesty İnternational” həmçinin hazırda İranla ticari əlaqələri davam etdirmək üçün müzakirələr aparan Avropa ölkələrini vəkil Əmir Salar Davudinin dərhal azad edilməsi istiqamətində addımlar atmağa çağırıb.

 

Flip Luter əlavə edib ki, Əmir Salar Davudi son iki ildə insan haqları sahəsində çalışdığı üçün İran rejimi tərəfindən həbs edilən növbəti qurbandır. Rejim bununla vəkilləri qorxudaraq, onların ölkə daxilində baş verən haqsızlıqların ifşa etməsinə maneə olmağa çalışır.

 

Qeyd etmək lazımdır ki, vəkil Əmir Salar Davudi Telegram sosial şəbəkəsində İranda insan hüquqlarının pozulması hallarını işıqlandıran kanal yaratdığına görə, 30 il həbs və 111 şallaq cəzasına məhkum edilib.  Ona qarşı “dövlət əleyhinə təbliğat” və “müqəddəsləri təhqir etmək” kimi qondarma ittihamlar irəli sürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar