SON XƏBƏRLƏR

Amnesty International: “Son etirazlarda ən azı 304 nəfər qətlə yetirilib. Həbs edilən minlərlə etirazçı arasında 15 yaşlı uşaqlar da var”

2021.10.20, 07:36
Amnesty International: “Son etirazlarda ən azı 304 nəfər qətlə yetirilib. Həbs edilən minlərlə etirazçı arasında 15 yaşlı uşaqlar da var”

Gunaz.tv

GünazTV: Amnesty International beynəlxalq insan haqları təşkilatı İranda baş verən son kütləvi etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərin sayı və həbs edilən minlərlə aksiyaçının işgəncə təhlükəsi ilə üzləşməsi barədə yeni hesabat yayıb.

 

Təşkilatın dekabrın 15-də yaydığı hesabatda bildirilir ki, ötən ay İrnda baş verən dinc etirazlarda hökumət qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərin sayı 304 nəfərə çatıb: “İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ötən ay ölkənin müxtəlif şəhərlərində baş verən dinc etirazları rəhimsizcəsinə yatırdıb, minlərlə etirazçını, o cümlədən də jurnalistlər, tələbələr və hüquq müdafiəçilərini həbs ediblər. Həbs edilənlər arasında 15 yaşlı uşaqlar da var.

 

İranın daxilində yaşayan onlarla vətəndaşla aparılan müsahibələrdə, onlar etirazlara qatılan şəxslərin gizli şəkildə həbs edilməsinin vüsət almasından danışırlar. Bildirilir ki, həbs edilənlərin zindanlarda işgəncəyə məruz qalması ciddi nigaranlığa səbəb olub. Bizdə olan videolar və digər dəlil-sübutlar açıq-aydın göstərir ki, İranın təhlükəsizlik qüvvələri əliyalın olaraq dinc etiralara qatılanlara odlu silahlardan atəş açıblar. Bu isə qəbuledilməzdir” –deyə, Amnesty International beynəlxalq insan haqları təşkilatının yaydığı hesabatda bildirilir.

 

Həmçinin Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Lüter jurnalistlərə açıqlamasında İrandakı son dinc etirazların rejim tərəfindən qana bulaşdırılmasının dünya ictimaiyyətini şoka salmasından danışıb.

 

O deyib ki, islam respublikasının təhlükəsizlik qüvvələrinin qətlə yetirdiyi şəxslər arasında ən azı 12 uşaq da var: “Şahidlərin dediyinə görə, rejim qüvvələri etirazçılara qarşı qırğın törətdikdən dərhal sonra cəmiyyətdə qorxu hissini hakim etmək üçün bütün ölkədə dəhşətli repressiyalara əl atıblar. Hesab edirik ki, dünya birliyi dərhal işə qarışmalı, İran İslam Respublikası rejimini bu barədə sərbəst və müstəqil araşdırma aparılmasına icazə verməyə vadar etməlidir” –deyə, Filip Lüter əlavə edib.

 

Amnesty International İrandakı son etirazlarla bağlı dekabrın 2-də yaydığı 4-cü hesabatında rejim qüvvələri tərəfindən qətlə yetirilənlərin sayının ən azı 208 nəfər olduğunu bildirmişdi.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar