"Amnesty İnternational" son etirazlarda tutulan güney azərbaycanlılarla bağlı narahatlığını ifadə edib

2020-10-06 14:25

Beynəlxalq Əfv Təşkilatı ("Amnesty İnternational") son etirazlar zamanı Ərdəbil və digər Güney Azərbaycan şəhərlərində Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtuza Pərvin, Məhəmməd Coulani, Meysəm Coulani və Əli Xeyrcu da daxil olmaqla, təxminən 20 nəfərin həbs edilməsi ilə bağlı yayılan məlumatlara görə narahatlığını ifadə edib.

Gunaz.tv Quote | Gunaz article

Güney azərbaycanlıların Azərbaycan Ordusunun Qarabağın azadlığı üçün apardığı döyüşlərə dəstək göstərmək və İran rejiminin Rusiyanın işğalçı Ermənistan rejiminə göndərdiyi hərbi texnikanı öz ərazisindən daşımasına etiraz etmək üçün təşkil edilmiş aksiyalardan sonra bu ölkənin təhlükəsizlik qüvvələri Təbriz, Ərdəbil, Urmu (Urmiya) və digər şəhərlərdə 100-dən çox fəalı həbs edib. 


Sentyabrın 29-da əvvəlcədən edilmiş çağırışa əsasən, Ərdəbilin Ciral parkında etiraz aksiyası təşkil edilmişdi. 


Həmin aksiya zamanı Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Səccad Coulani, Hüseyn Balaxani, Müctəba Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Hamed Heydəri Baris, Bəhmən Xeyrcu, Pərviz Siyabi, Murtuza Pərvin və Sübhan Bəxşi kimi Ərdəbildə yaşayan 12 azərbaycanlı milli- mədəni fəal həbs ediliblər. Ertəsi gün onlara qarşı ittihamlar elan edildikdən və məhkəmədə mülki vəsiqələr çıxarıldıqdan sonra hər biri Ərdəbil həbsxanasına salınıblar. 


Həmin fəalların tutulması və Ərdəbil Mərkəzi zindanının 8 saylı "karantin" şöbəsinə salınmalarından 7 gündən çox müddət keçməsinə baxmayaraq, onlar bu günlər ərzində həbsxananın bütün şöbələrində telefonların kəsilməsi səbəbindən ailələri ilə əlaqə saxlaya bilməyiblər. Saxlanılan zaman fəallar Tehran rejiminin təhlükəsizlik orqanları üzvləri tərəfindən vəhşicəsinə döyülüblər. 


Daha sonra oktyabrın 1-də Azərbaycan Respublikasının Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi döyüş əməliyyatlarına dəstək nümayiş etdirmək və İranın Rusiyadan Ermənistana aparılan silah-sursatın öz ərazisindən daşımasına icazə verməsinə etiraz etmək üçün güney azərbaycanlılar Tehran, Təbriz, Urmu (Urmiya), Ərdəbil, Meşkinşəhr (Xiyov), Parsabad (Muğan) və Zəncanda (Zəngan) etiraz aksiyaları keçiriblər. 


Aksiyalar zamanı tutulanların dəqiq sayı məlum deyil. Amma bəzi xəbər agentliklərinin dediklərinə əsasən, indiyədək 70-dən çox milli fəal həbs edilib. 


Bu günə qədər tutulanlardan bəzilərinin adları məlumdur. Onlar aşağıdakı kimidir:

Ərdəbildə: Əli Xeyrcu, Meysəm Culani, Peyman Ağayi, Əhməd Məhəmmədpur, Yaşar Muradi, Əli Məali, Mərziyə Cavanşir və Yunis Muradi


Xiyovda: Vəhid Xavəndi, Siyamək Seydi, Kazım Səfabəxş, Mehdi İbadullahi və Şəhruz Himmətoğlu


Zənganda: Məcid Kərimi və Əkbər Qarabaği


Təbriz: Murtuza, Müctəba və Məhəmməd Tağızadə, Sədullah Sasani və Zeynal Tənhayi


Culfada: Səid Sultani, Əli Qəhramani və Bəbək Kiyumərsi


Kəleybər: Mahmud Mahmudi və Əli Qəhramani


Qeyd etmək lazımdır ki, "Amnesty İnternational" həbslərdən narahatlığını ifadə etməklə yanaşı, İran rejimindən tutulanları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı tələb edib.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21