"Amnesty İnternational" tanınmış milli fəal Abbas Lisaninin azad edilməsi üçün təcili addımlar atmağa çağırış edib

2020-10-15 13:40

Beynəlxalq Əfv Təşkilatı "Amnesty İnternational" təcili addımlar atılması ilə bağlı yaydığı çağırışda tanınmış güney azərbaycanlı milli- mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib.

Gunaz.tv Quote | Gunaz article

Təşkilat çağırış mətnində hər kəsdən təcili olaraq öz dillərində və istədikləri üslubda və ya "Amnesty İnternational"ın təklif etdiyi mətndən istifadə etməklə, Abbas Lisaninin azadlığı üçün İranın rəsmiləri və xarici ölkələrdəki səfirliklərinə məktub ünvanlamasını istəyib. 


Təklif edilmiş mətndə deyili: "İran rəsmilərindən və bu ölkənin xarici ölkələrdə akkreditə edilmiş səfirliklərindən Abbas Lisaninin azad edilməsini tələb edin. Çünki o, yalnız göstərdikləri fəaliyyətlərə görə hədəfə alınıb. Təməl insani hüquqlarından dinc formada istifadə etdiyi üçün müxtəlif ittihamlarla tutulan Abbas Lisaniyə qarşı çıxarılmış ittihamlar və həbs hökmü ləğv edilməlidir. 


Sizin fəallığınız dünyanı dəyişir!"


Həmin çağırışın fars dilində olan PDF formatını yükləyin: "Abbas Lisaninin hökmünün 15 ilə yüksəldilməsi" və "Amnesty İnternational"ın təcili addımlar çağırışının fars və ingilis dillərində olan mətninin linki: 

 

* https://www.amnesty.org/en/documents/mde13/3130/2020/fa/


Təşkilat, həmçinin İranın Kəşfiyyat Nazirliyinin (Ettelaat) Abbas Lisaninin saxta ittihamlarla həbs etməsi, ailəsi ilə əlaqə yaratmasını qadağan etməsi və təkadamlıq kamerada saxlaması kimi qanunsuzluqlarını sadalamaqla yanaşı, ona qarşı məhkəmədə ədalətsiz mühakimənin keçirilməsini geniş şəkildə vurğulayıb və fəalın tezliklə azadlığa çıxmasını tələb edib. 


"Amnesty İnternational" sonda bir daha çıxarılmış ittihamlar və həbs hökümlərinin qanunsuz və əsassız olduğunu, eləcə də bunların Abbas Lisaninin fəaliyyətlərinə görə olduğunu qeyd edib. 


Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.


Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.


Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.


Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.


Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22