SON XƏBƏRLƏR

“Amnesty İnternational” təşkilatı 2019-cu ildə İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı illik hesabatını yayıb

2021.10.20, 07:36
“Amnesty İnternational” təşkilatı 2019-cu ildə İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı illik hesabatını yayıb

Gunaz.tv

GünazTV: “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı fevralın 18-də 2019-cu ildə İranda insan hüquqlarının acınacaqlı durumu və ölkədə baş verən qanlı repressiyalarla bağlı illik hesabatını yayıb.

 

Bəyanatda bildirilir ki, İran rəsmiləri 2019-cu ildə ölkədə söz və ifadə azadlığını, insanların sərbəst toplaşma hüququnu kobud şəkildə tapdalayaraq, xalqa qarşı qanlı repressiyalar həyata keçiriblər: “İrnın təhlükəsizlik qüvvələri vətəndaşların dinc etirazlarını yatırmaq üçün öldürücü güc tətbiqindən istifadə ediblər. Nəticədə yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan isə qanunsuz olaraq özbaşına şəkildə həbs ediliblər.

 

Həmin il, İraxnda 240-dan çox hüquq müdafiəçisi tutularaq,  qanunsuz olaraq həbsə və şallaq zərbələrinə məhkum ediliblər. Həbsə salınanlar isə ağır və qeyri-insani şəraitdə saxlanılaraq işgəncələrə məruz qoyulub, dava-dərmandan və həkim müayinəsindən məhrum ediliblər. Həmçinin islam respublikası hakimiyyətinin məcburi hicab siyasətinə qarşı dinc etiraz bildirən onlarla qadın hüquq müdafiəçisinə qarşı təzyiq, təqib və repressiyalar gücləndirilib.

 

Bundan başqa, 2019-cu ildə İranda hökumətin dini və etnik azlıqlara qarşı təzyiq və ayrı-seçkilik siyasəti əvvəlki illərdə olduğu kimi davam edib. O cümlədən də qeyri-fars millətlərdən olan Əhvaz ərəbləri, Azərbaycan türkləri, bəluclar, kürdlər və türkmənlər sistematik təzyiq və ayrı-seçkiliklə üz-üzə qalaraq, bir çox hüquqlarından, o cümlədən də ana dillərində təhsildən məhrum ediliblər.

 

Edamlara gəlincə, ötən il İranda islam respublikası rəhbərlərinin kökmü ilə yüzlərlə insan müxtəlif ittihamlara görə edam ediliblər. Edam edilənlər arasında yaşı 18 yaşına çatmamış uşaqlar və yeniyetmələr də var. Ölüm hökmlərinin bir qismi isə ictimaiyyət qarşısında icra edilib.

 

Həmçinin 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə bahalaşmasına qarşı keçirilən kütləvi dinc etirazlarda yüzlərlə insan, o cümlədən də 300-dən çox uşaq rejim qüvvələri tərəfindən qətlə yetirilib, minlərlə etirazçı həbsə salınıb, onlarla siyasi məhbus yoxa çıxıb. Noyabr etirazlarında həbsə edilənlərin çoxu isə işgəncəyə və saxlandıqları ağır şəraitə dözməyərək, zindanlarda həyatlarını itiriblər” -deyə, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının 2019-cu ildə İranda insan hüquqlarının durumu ilə bağlı yaydığı illik hesabatında bildirilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar