SON XƏBƏRLƏR

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022.05.20, 06:55
Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

Gunaz.tv

 Nasir Qəvami ölkədə mövcud olan problemlərlə bağlı həqiqətləri olduğu kimi deyə bilmədiyini etiraf edib.

“70 yaşımda zindana düşməkdən qorxduğum üçün ölkədə baş verən problemlərlə bağlı həqiqətləri olduğu kimi deyə bilmirəm”-deyə, hüquqşünas bildirib.

O, İranda təhlükəsizlik məmurlarının özbaşınalığından danışaraq insanların qanunsuz olaraq saxlanıldığını və hara aparılması barədə dəqiq məlumat verilmədiyini deyib.

“Biz problemlərin kökü barədə danışmaq cəsarətinı malik deyilik. Əgər onlara toxunsaq zorakılığa məruz qalacaq və həbs olunacağıq.

Siz jurnalistlər də bundan artıq məsələni işıqlandırmağa çalışsanız, başqaları kimi həbsxanalara düşəcəksiniz”-deyə, Qəvami belə deyib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar