SON XƏBƏRLƏR

Tanınmış fəal və hüquqşünas Pərviz Siyabi həbs edilib

2022.11.09, 18:41
Tanınmış fəal və hüquqşünas Pərviz Siyabi həbs edilib

Gunaz.tv

Ərdəbildə yaşayan Pərviz Siyabi Gürcani noyabrın 9-da saxlanılaraq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanının 16-cı bölməsinə aparılıb.

Bundan öncə Ərdəbil şəhərinin İnqilab Məhkəəməsinin 1-ci bölməsi 73 yaşlı fəal barədə 16 il həbs cəzası versə də, Ərdəbil Apellyasiya Məhkəməsi işə yenidən baxıb və məhkumluq dövrünün 6 ilə endirilməsi barədə qərar çıxarıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Milli fəala qarşı həmçinin “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

Qeyd edək ki, Pərviz Siyabi gürcani 25 iyul 2021-ci ildə tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, 5 avqustda dindirilmə müddəti bitdikdən sonra təhlükəsizlik idarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar