Ana dili hərəkatının görkəmli nümayəndəsi yazıçı Rza Bərahəni vəfat edib

25.03.2022, 13:35

Martın 25-də uzun illərdən bəri Kanadada mühacirətdə yaşayan tanınmış Güney azərbaycanlı yazıçı, şair Rza Bərahəni vəfat edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə yazıçının oğlu Oktay Bərahəni özünün sosial media hesabında paylaşım edib. O, atasının uzun müddətdir xəstə olduğunu bildirib.

İran Yazıçılar Birliyinin təsisçilərindən olan R.Bərahəni eyni halda Fransanın “Pen” Yazıçılar Klubunda üzvü idi.

Güney Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla hakimiyyətlərinin basqıları ilə üzləşib, dəfələrlə dindirilib.

Azərbaycanlı yazıçı Pəhləvi və molla hökumətlərinin Azərbaycan türkcəsinə qoyduqları qadağalarla bağlı onlarla məqalə yazıb.
“İbtidayi məktəbdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”-deyə, Bərahəni xatirələrində qeyd edib.

Çox sayda şer, roman müəllifi olan Rza Bərahəni daha çox “Yurdumun sırları” (Razhaye sərzəmine mən) romanı ilə məşhurlaşıb.
Bərahəninin bu əsəri ingiliscə, fransızca, ərəbcə, ispanca və başqa dillərə tərcümə olunaraq yayılıb və dünyanın ən çox oxunan romanları sırasında yer alıb.

Əslən Təbriz şəhərindən olan və 86 yaşında dünyasını dəyişən Bərahəni bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18