SON XƏBƏRLƏR

Tanınmış hüquq müdafiəçisi İrana qarşı daha sərt tədbirlər görməyə çağırıb

2022.05.21, 04:36
Tanınmış hüquq müdafiəçisi İrana qarşı daha sərt tədbirlər görməyə çağırıb

Gunaz.tv

O, İrandakı tətilləri və xalq etirazlarını dəstəklədiyini bildirib, beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını Rusiyanın təcavüzkar hökumətinə qarşı olduğu kimi İran hökumətin qarşı da, təzyiq göstərməyə və insanların küçələrdə öldürülməsini pisləməyə çağırıb.

Hüquq müdafiəçisi zindandan ünvanladığı müraciətdə İranda bu gün hökm sürən fəlakət və inflyasiyanın səbəbini hökumətin sistemli korrupsiya və talançı siyasətlərinin nəticəsi olduğunu deyib və xalqı etirazçılara dəstək verməyə səsləyib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar