SON XƏBƏRLƏR

İstiqlal mübarizəmizin tarixini yazan görkəmli alim Aydın Balayev vəfat edib

2021.12.08, 06:00
İstiqlal mübarizəmizin tarixini yazan görkəmli alim Aydın Balayev vəfat edib

Gunaz.tv

Bu barədə Günaz.TV-yə mərhumun ailəsindən məlumat verilib.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.  

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışan tarixçi professor doxsanadək elmi əsərin, araşdırmaların müəllifidir.

1998-ci ildə Aydın Balayevin "1917-1918-ci illərdə Azərbaycan İstiqlal Hərəkatı" adlı monoqrafiyası nəşr edilib.

Tanınmış alim həmçinin "XIX - XX əsrlərdə etnolinqvistik proseslər" (Bakı, 2005), "Fevral inqilabı və Milli nailiyyətlər" (2008, Moskva), "Мамед Эмин Расулзаде" (1884-1955) (Москва, 2009), "Azərbaycan Türkləri: Milli Şüur prosesləri" (Bakı, 2010) əsərlərinin də müəlifidir.

Aydın Balayevin ən sanballı əsərlərindən biri də görkəmli Azərbaycan mütəfəkkiri, dövlət xadimi Əhməd bəy Ağaoğlu haqqındadır. "Əhməd bəy Ağaoğlu" kitabı Bakıda nəşr edilib.

Xatırladaq ki, A.Balayev tanınmış jurnalist Nailə Balayevanın həyat yoldaşı idi.

Nailə Balayevanın verdiyi məlumata görə, mərhum Bakıda, Yasamal qəbiristanlığında dəfn olunacaq.

Əhməd Obalı və Güney Azərbaycan Televiziyasının yaradıcı kollektivi görkəmli alimin həyat yoldaşı Nailə xanıma və övladlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar