SON XƏBƏRLƏR

Həbsdə olan tanınmış yazıçı Keyvan Səmimi Kərəc zindanına köçürülüb

2022.01.29, 12:25
Həbsdə olan tanınmış yazıçı Keyvan Səmimi Kərəc zindanına köçürülüb

Gunaz.tv

Vəkili Mustafa Nili onun Kərəc zindanına köçürüldüyünü bildirib.

Mustafa Nili yanvarın 27-da "Twitter" hesabında etdiyi paylaşımda bildirib ki, müvəkkili ona zəng edib.

Keyvan Səmimi deyib ki, Kərəc şəhərinin Qərarların İcrası İdarəsinin hakiminin onu Əlborz əyalətinin zindanına qəbul etmədiyi üçün Kərəcin Rəcai Şəhr zindanına köçürülüb.

Qeyd edək ki, Keyvan Səmimi 2019-cu ilin may ayının 1-də Beynəlxalq İşçi Günü münasibətilə İran parlamentinin qarşısında keçirilən aksiyaya qatıldığına görə saxlanılıb.

O, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və qanunsuz toplaşmaq”da ittiham olunub.

Bir neçə gün öncə İran Yazıçılar Birliyi də onunla bağlı bəyanat yayıb.

Bəyanatda Yazıçılar Birliyinin digər üzvü və siyasi məhbus Bəktaş Abtinin ölümündən sonra Keyvan Səmiminin yazdığı məktuba görə deportasiya edildiyi bildirilib.

Birlik Abtinin ölümünü hökumətin yazıçıya qarşı məqsədli su-i qəsdi olduğunu qeyd edib.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar