SON XƏBƏRLƏR

Jan İv Le Drian: “İranın nüvə proqramı Avropaya qarşı bir təhdiddir”

2022.01.15, 13:00
Jan İv Le Drian: “İranın nüvə proqramı Avropaya qarşı bir təhdiddir”

Gunaz.tv

O deyib ki, coğrafi yaxınlığını nəzərə alaraq, İranın apardığı nüvə proqramı və onu gündən-günə inkişaf etdirməsi Avropaya qarşı ciddi bir təhdid sayılır.

“Əgər Vyana danışıqları indiki kimi ləngiyib bu templə davam etsə və İran uranı zənginləşdirməklə bağlı fəaliyyətini davam edərək inkişaf etdirsə, müzakirələr aparılması üçün artıq heç bir əsas qalmayacaq.

Hesab edirəm ki, əgər biz Vyanada Tehranın nüvə proqramı barədə razılığa gələ bilməsək böhrana qərq olacağıq. 

Vyanada hazırda bizim qarşımızda iki seçim var: Ya tərəflərin dərhal nüvə razılaşmasına qayıtması, ya da nüvə silahının yayılması.

Buna baxmayaraq hesab edirəm ki, əgər İran tərəfi həqiqətən də Qərblə razılılaşma əldə olunmasını istəsə, əminəm ki, Amerika da indiki mövqeyini ymşaldaraq, buna müsbət reaksiya verəcək.

Lakin əgər belə olmasa, biz nüvə texnologiyalarının inkişafı və genişləndirilməsi sahədə böyük və ciddi bir böhranqa qarşılaşacağıq”, -deyə Fansanın xarici işlər naziri Jan İv Le Drian bildirib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar