SON XƏBƏRLƏR

Kanada hökuməti öz vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib

2022.06.10, 08:14
Kanada hökuməti öz vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Xəbərdarlıq Kanada hökumətinin rəsmi saytında 8 iyun tarixində Ontario Ali Məhkəməsinin İranın 752 saylı Ukrayna təyyarəsinin vurulması ilə bağlı qərarını açıqlamasından bir gün sonra yerləşdirilib.

Kanadanın Ontario ştatının Ali Məhkəməsi ötən il Ukrayna təyyarəsinin İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulmasını “qəsdən” və “terror” aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Amerika Dövlət Departamenti iyunun 9-da vətəndaşlarına müraciət edərək onları İrana səfər etməməyə çağırıb.

Xəbərdarlıqda bildirilir ki, İrana səfər edənlər hökumət tərəfindən oğurlana və ya həbs oluna bilərlər.  

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar