SON XƏBƏRLƏR

Kanada İranın 3 qurum və 17 rəsmisinə qarşı sanksiya tətbiq edib

2022.10.14, 05:40
Kanada İranın 3 qurum və 17 rəsmisinə qarşı sanksiya tətbiq edib

Gunaz.tv

"Al-arabiyya" xəbər agentliyinin verdiyi məlumata görə, Kanada hökuməti İrandakı son hadisələrə dəstək siyasətini davam etdirərək İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla 3 qurum və 17 fiziki şəxsə sanksiya tətbiq edib.

Kanada hökuməti İranda insan haqlarının geniş və sistematik şəkildə pozulması, etirazların zorakılıqla yatırılması, eləcə də Yaxın Şərq regionunda sabitliyi pozan hərəkətlərə görə İran İslam Respublikası rejiminə bağlı bu şəxslər və qurumlara qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. 

Kanada hökumətinin İrana qarşı yeni sanksiyalar siyahısında ikili vətəndaşlığı olan İran-Kanadalı jurnalist Zəhra Kaziminin 2003-cü ildə ölüm işində iştirak edən İnqilab Məhkəməsinin keçmiş prokuroru Səid Mürtəzəvinin də adı yer alıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar