SON XƏBƏRLƏR

"İranın rəsmi qurumlarına sanksiya tətbiq etməyə davam edəcəyik"-Kanada

2022.10.21, 07:11
"İranın rəsmi qurumlarına sanksiya tətbiq etməyə davam edəcəyik"-Kanada

Gunaz.tv

Oktyabrın 20-də İranın ümumölkə qiyamı ilə bağlı qadın xarici işlər nazirlərinin virtual görüşündə Coli əlavə edib ki, demokratiyanı dəstəkləyən ölkələrin İran küçələrində etiraz aksiyası keçirən çox cəsur qadınlara dəstək vermək mənəvi borcudur.

Həmçinin Nobel Sülh Mükafatını qazanan yeganə iranlı qadın Şirin İbadi bu görüşdə çıxış edib.

“43 il ərzində insanlar qəzəbini boğdular. 43 ildir rejim xalqın tələblərinə qulaq asmayıb, rejimin əleyhinə danışan hər kəs ya həbs edilib, ya öldürülüb, ya da ölkədən qaçmalı olub”,-dyə, İbadi bildirib.

Kanadanın ev sahibliyi etdiyi bu görüşdə dünyanın 15 ölkəsinin qadın xarici işlər nazirləri iştirak edib və İranda etirazların qəddarcasına yatırılması haqda müzakirələr aparıblar.

Kanadanın xarici işlər naziri daha əvvəl bildirmişdi ki, bu görüşün məqsədi İran xalqına, xüsusilə də qadınlara qarşı hər hansı zorakılıq və təzyiqlərə son qoyulmasını tələb etməkdir.

"Dinc aksiyaların keçirilməsi insan hüququdur. Jurnalistlər etirazları təhlükəsiz şəkildə işıqlandıra bilməlidirlər. İstəyirəm ki, İran bütün həbsdə olan jurnalistləri azad etsin və jurnalistləri təqib və təhdid etməyi dayandırsın",-deyə, Melani Coli bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar