SON XƏBƏRLƏR

Kanadanın Ali Məhkəməsindən İranla bağlı qərar: "Təyyarənin vurulmasını terror aktıdır"

2022.06.09, 04:21
Kanadanın Ali Məhkəməsindən İranla bağlı qərar: "Təyyarənin vurulmasını terror aktıdır"

Gunaz.tv

Hökumət bununla əlaqədar İran Xarici İşlər Nazirliyinə məlumat verdiyini bildirib.

Ontario Ali Məhkəməsi ötən ilin aprel ayından etibarən çıxardığı qərarda Ukrayna sərnişin təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəsdən vurulduğuna və bunun terror aktı hesab edildiyinə qərar verib.

Kanadanın CBC telekanalı həmin vaxt yaydığı məlumatda təyyarə qurbanlarının yaxınlarından 4 nəfərin İrana qarşı Ontario Ali Məhkəməsinə şikayət etməsi barədə məlumat yaymışdı. 

Həmin vaxt İran hökuməti məhkəməyə heç bir nümayəndəsini göndərməmiş və irəli sürülən ittihamlar qarşısında özünü müdafiə etməmişdi.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus Boeing-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar