SON XƏBƏRLƏR

“Anadolu” agentliyi: Koronavirus Təbrizi ruhlar şəhərinə çevirib

2021.10.20, 07:36
“Anadolu” agentliyi: Koronavirus Təbrizi ruhlar şəhərinə çevirib

Gunaz.tv

GünAz TV: Türkiyənin “Anadolu” xəbər agentliyi koronavirus epidemiyasının Təbriz şəhərinə təsirindən yazıb.

 

Məşhur agentlik yaydığı xəbərdə qeyd edib ki, İranda koronavirus epidemiyasının yayılması bütün əhalini qorxuya salıb. Şərqi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Təbriz “ruhlar şəhərinə” çevrilib, küçələr əhalidən boşalıb.

 

Koronavirus epidemiyası başladıqdan sonra şəhər əhalisi evdə qalmağa üstünlük verir. Hökumət rəsmiləri də davamlı olaraq hər kəsi evdə qalmağa çağırır. Şəhərdə zəruri məhsulların satışı ilə məşğul olan mağazalardan başqa bütün obyektlər bağlanıb. Azərbaycan əhalisi üçün xüsusi əhəmiyyət kəsb edən Novruz bayramı belə vəziyyəti adiləşdirə bilməyib. Şəhər sakinləri Novruz şənlikləri və bayram görüşlərini dayandırıb.

 

Son rəsmi məlumata görə, hal-hazırda Şərqi Azərbaycan Əyalətində 1005 nəfərdə koronavirus aşkarlanıb, onlardan 97-i həyatını itirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar