SON XƏBƏRLƏR

Angela Merkel Xamneyinin İsrailin məhvi ilə bağlı Twitterdə yaydığı yazısını pisləyib

2021.10.20, 07:36
Angela Merkel Xamneyinin İsrailin məhvi ilə bağlı Twitterdə yaydığı yazısını pisləyib

Gunaz.tv

GünAzTV: Almaniya kansleri Angela Merkel iyunun 4-də bu ölkəyə səfər edən İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra jurnalistlərə verdiyi birgə mətbuat konfransına qatılaraq, İranın dini lideri Əli Xamneyinin İsrailin məhvi ilə bağlı Twitterdə yaydığı yazısını pisləyərək onun silinməsini istəyib.

 

Merkelin açıqlaması, Xamneyinin Twitterdə İsraili “xərçəng vəzi” adlandıraraq onun yer üzündən silinməsi ilə bağlı yazısını yaymasından bir gün sonraya təsadüf edib. İyunun 3-də yayılan yazıda, Xamneyi İsrailə qarşı əvvəlki şüar və mövqeyini təkrar edib: “İsrail, Asiyanın qərbində bir xərçəng vəzidir. Onun kökü kəsilməlidir. Bu xərçəng vəzinin məhv etmək mümkündür və sonunda da belə olacaq”.

 

Merkel bildirib ki, o da İsrailin baş naziri kimi hesab edir ki, İranın region ölkələrinə nüfuz etməyə çalışdığını və ballistik raketlərlə bağlı qabiliyyətini genişləndirməyə cəhdini nəzərə alaraq, Qərbin rəsmi Tehrana qarşı təzyiqi gücləndirilməlidir: “Biz, İran liderinin İsrailin məhvi ilə bağlı Twitterdə yaydığı bu yazısını pisləyir, onun silinməsini istəyirik. İranın Orta Şərqdə fəaliyyəti və onun regional nüfuzunu artmağa cəhd göstərməsi bizi nigaran edir. Bu, həm də İsrailin təhlükəsizliyinə qarşı bir addımdır. Bu xüsusda mən İsrailin baş naziri ilə eyni fikirdəyəm.

 

Almaniya və İsrail bir-biri ilə dost və müttəfiq olsalar da, bizim İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün hansı şivələrdən istifadə olunması ilə bağlı mövqeyimiz İsrailin mövqeyindən fərqlidir”.

 

Jurnalistlərlə keçirilən görüşdə, İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, ölkəsinin Almaniya ilə müştərək bir hədəfi var. O da, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaqdır: “Hesab edirəm ki, İrana qarşı əməli addımlar atılmalıdır. Biz, bir-birimizin yanında olaraq terrorizmin ən böyük himayədarı olan İrana qarşı birgə mübarizə aparmalıyıq. Biz, 21-ci əsrdə yaşadığımız bir halda və Xolokostdan 70 ilə keçdiyi bir vaxtda, İran nüvə silahına yiyələnməklə daha 6 milyon yəhudi insanını qırmaq istəyir. Bunun isə qarşısı alınmalıdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar