SON XƏBƏRLƏR

Bankların valyuta satışında artım - "Devalvasiya ehtimalı dollara tələbatı artırır"

2021.11.25, 13:57
Bankların valyuta satışında artım - "Devalvasiya ehtimalı dollara tələbatı artırır"

Gunaz.tv

Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir. Müstəqil ekspertlərə görə, buna şərait yaradılmasının əsas səbəbi vətəndaşlarda olan dolları toplamaqdır.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, son günlər cəmiyyətdə devalvasiyanın baş verəcəyi ilə bağlı şayiələr genişlənməkdə davam edir. Bu fonda əlində vəsaiti olan vətəndaşlar dollara üstünlük verməklə, özlərini gözlənilən təhlükədən sığortalamaq istəyirlər:

7(12).jpg

“Əslində dollara tələbatın artmasının kökündə heç də vətəndaşlarda olan vəsaitin toplanması dayanmır. Məlumdur ki, ölkəmizdə bir çox məhsulların qiymətində artım baş verib və bu, istənilən halda inflyasiyaya səbəb olur. Nəticədə dövriyyədə olan pul kütləsinin həcmində artım yaşanır. 

Eyni zamanda cəmiyyətdə belə bir ajiotaj yaranır ki, növbəti dəfə məzənnə dəyişikliyi, devalvasiya baş verə bilər. Devalvasiya ehtimalı əhalinin dollara tələbatını artırır. Unutmaq olmaz ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi prosesi baş verir və bu, ümumi iqtisadi prosesdir. Azərbaycanda məzənnənin inzibati qaydada tənzimlənməsi həmin iqtisadi proseslərin ölkəmizə təsir etməsinin qarşısını alır. 

Ona görə də hələlik dolların məzənnəsi stabildir. Sadəcə olaraq vətəndaşlar öz ehtiyatlarını daha çox dollarla saxlamağa üstünlük verirlər. Bankların dollar satışındakı artımı məhz bu amillə bağlıdır”. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar