SON XƏBƏRLƏR

Anti-türk mövqeyi ilə azərbaycanlıları qəzəbləndirən Rəhim Şəhriyari boş oturaraqlara konsert verib – VİDEO

2021.10.20, 07:36
Anti-türk mövqeyi ilə azərbaycanlıları qəzəbləndirən Rəhim Şəhriyari boş oturaraqlara konsert verib – VİDEO

Gunaz.tv

GünAz TV: Dəfələrlə Azərbaycan türk millətinin kimliyi və milli mənafeyinə qarşı çıxış edən azərbaycanlı müğənni soydaşlarımızdan layiqli cavabını alıb.

 

Son günlərdə Sosial şəbəkələrdə Rəhim Şəhriyarinin keçirdiyi konsertin videosu yayılıb, videoda onun boş oturacaqlara konsert verdiyi görünür.

 

Müğənni hətta özü də konsertə 10 nəfərdən çox tamaşaçının gəlmədiyini bildirib. Videoda boş qalan oturacaqlar da açıq-aşkar göstərilib.

 

R.Şəhriyarinin konsertlərini boykot edən soydaşlarımızın sayı günü-gündən artır. Buna səbəb müğənninin azərbaycanlı milli-mədəni fəallara qarşı mövqe sərgiləməsi, həmçinin İran rejimi və fars şovinizminə isti münasibət bəsləməsidir.

 

Bir çox azərbaycanlı fəal türk millətinə qarşı təxribatçı hərəkətlərin R.Şəhriyariyə baha başa gələcəyini bildirir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=18&v=AL3It9YMqpg

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar