SON XƏBƏRLƏR

Antinüvə müqaviləsi qırxına çatdı

2021.10.20, 07:36
Antinüvə müqaviləsi qırxına çatdı

Gunaz.tv
Antinüvə müqaviləsi qırxına çatdı tlhmoezd.gif Azərbaycanın da iştirakçısı olduğu bu sənədin etdikdəri və etmədikləri Qırx il bundan qabaq – 1968-ci il iyulun 1-də Cenevrədə nüvə silahının yayılmaması haqqında müqavilə imzalanıb. Sənəd dünyada atom silahının artmasını qadağan edib. Bu sənədə 62 ölkə imza atıb. Ancaq zaman keçdikcə müqavilə iştirakçısı olan dövlətlərin sayı üç dəfədən çox artıb. İkinci Dünya Müharibəsi planetdə qüvvələr nisbətini kəskin dəyişdirdi. Böyük Britaniya və Fransa öz mənəvi qələbəsini bayram etdi, Sovet İttifaqı hamı tərəfindən təzyiq göstərilən dövlətdən qalib dövlətə çevrildi. ABŞ isə özünün əldə etdiyi yeni silahı Xirosima və Naqasakidə bütün dünyaya nümayiş etdirdi. Ardınca «soyuq müharibə» dövrü, atom sınaqları illəri, bəşəriyyəti nüvə fəlakətinin bir addımlığına qədər gətirib çıxarmış Karib böhranı gəldi. Belə bir mürəkkəb şəraitdə bəşər tarixində ən vacib və hələlik yeganə olan sənəd meydana gəldi. O, dünyanı iki yerə – nüvə silahı olmayan ölkələrə və nüvə dövlətlərinə böldü. Nüvə silahına sahib olan dövlətlər o zaman SSRİ, ABŞ, Böyük Britanilya, Fransa və Çin idi. Müqavilənin müəllifləri hesab edirdilər ki, nüvə silahının yayılmaması rejimi atom silahlarının artırılmasının qarşısını alacaq. Müqavilə nüvə silahını qəbul etməyi və ya verməyi qadağan etdi, dövlətlərə nüvə enerjisindən dinc məqsədlər üçün istifadə hüququ verdi. Bu müqavilənin yerinə yetirilməsinə nəzarəti bir neçə il öncə yaradılmış Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin – MAQATE-nin üzərinə qoydular. Ancaq çox keçməmiş mütəxəssislər bir sıra (hətta bu günə qədər həll edilməmiş olan) problemlərlə qarşılaşdılar. Birincisi, məlum oldu ki, nüvə silahına sahib olan dövlətlərin sayı müqavilədə göstərilənlərdən xeyli çoxdur. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını bəyan etdilər. İsrail belə bəyanatlar vermədi, ancaq nüvəçi-texnik Mordexay Vanununun ifşasından sonra heç kimə sirr deyil ki, Təl-Əviv də nüvə silahına sahibdir. Bu ölkələr (Hindistan, Pakistan, İsrail) indiyədək nüvə silahının yayılmaması haqda müqaviləyə qoşulmayıb. Qeyri-rəsmi nüvə klubunun dördüncu üzvü Koreya Xalq Demokratik Respublikasıdır. Pxenyan müqavilədən iki dəfə çıxıb və hələlik oraya yenidən qayıtmaq fikrində deyil. İran isə müqaviləni pozmaqda ciddi şəkildə ittiham olunur. Ona qarşı beynəlxalq sanksiyalar tətbiq edilib. Doğrudur, xoş istisnalar da var. Bu, birinci növbədə Almaniya və Yaponiyadır. Onlar Amerikanın atom çətirinin altına girərək özlərininkini yaratmağa ehtiyac duymadılar. Nüvə silahı əldə etmək niyyətindən Cənubi Koreya və Tayvan da əl çəkdi. Nəhayət, 80-ci illərdə Cənubi Afrika Respublikası nüvə proqramını dayandırıb nüvə başlıqlarını ləğv etdi. Bununla belə, MAQATE-nin başçısı Məhəmməd əl-Baradeyinin verdiyi məlumata görə, bu gün əllidən çox ölkə öz atom silahını yarada bilər. Ancaq ən başlıca təhlükə terrorizmdir. Əgər atom silahını yaratmaq üçün lazım olan komponentlər ekstremist təşkilatların əlinə düşərsə, bu, təhlükəsizlik sahəsində vəziyyəti tamamilə dəyişə bilər. Bunun üçün zəmin də var. Dünyada qara bazar var və ölüm ticarətinin qarşısını almaq hələ ki, mümkün olmur. Bu, o zaman mümkün olardı ki, nüvə dövlətləri öz arsenalından imtina edəydi və başqalarına da bu yöndə təsir göstərəydi. Ancaq son 40 ildə bu niyyətlə çox az addımlar atılıb. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar