SON XƏBƏRLƏR

İranda təhsil işçilərinin etiraz aksiyası yekunlaşıb: Qətnamə qəbul olunub

2022.01.13, 12:17
İranda təhsil işçilərinin etiraz aksiyası yekunlaşıb: Qətnamə qəbul olunub

Gunaz.tv

Qətnaməni İran Təhsil İşçiləri Koordinasiya Şurası yayıb.
Sənəddə qeyd olunur ki, yanvarın 13-də ümumölkə mitinqi keçirilib, ölkənin hər yerindən on minlərlə müəllimin iştirakı ilə keçiriləni aksiyada hökumətin və parlamentin təhsil işçilərinə qarşı laqeyd münasibətinə, müəllimlərin hüquqlarını pozan qanunlara etiraz bildirilib.

Təhsil işçiləri təhsil sahəsinə olan diqqətsizlik göstərən hakimiyyətə xəbərdarlıq ediblər.

8 maddədən ibarət olan qətnamədə təhsil işçilərinin bir sıra əsas tələbləri əks olunub. 

Sənəddə müəllimlərin rütbələndirilməsi barədə qanunun tətbiqi, təqaüddə olan müəllimlərin hüquqlarının bərabərləşdirilməsi, məhbus müəllimlərin azadlığa buraxılması və əlavə sığorta hüququnun tanınması və s. tələblər əks olunub.

Qətnamədə bildirilir ki, "ölkəyə qarşı sanksiyalar var", "xarici qüvvələrin sui-istifadəsi", "milli təhlükəsizliyə təhlükə" və digər bəhanələrlə təhsil işçilərinin hüquqlarının pozulması yolverilməzdir.

"Ölkə əhalisi, xüsusilə müəllimlər ölkəni talayanların və təhlükəyə atanların kimlər olduğunu çox yaxşı bilir"-deyə, sənəddə qeyd olunur.

Qətnamənin sonunda təhsil işçiləri bir daha hökumət və parlamentə xəbərdarlıq edib.

Təhsil işçiləri bəyan edib ki, tələbləri yerinə keçirilməsə daha geniş aksiyalara əl atacaqlar..

“Haqqın alınması üçün azadlıq və müqavimtin vacibliyini ilk dərs olaraq şagirdlərinə öyrədən qabaqcıl və şərəfli müəllimlərə eşq olsun”-deyə, qətnamənin sonunda yazılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar