SON XƏBƏRLƏR

Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Şahin Bərzgər barəsində çıxarılan həbs hökmünü təqdiqləyib

2021.10.20, 07:36
Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Şahin Bərzgər barəsində çıxarılan həbs hökmünü təqdiqləyib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Şahin Bərzgər barəsində çıxarılan həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Fəal bundan əvvəl məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilib.

 

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsinin rəisi Əli Fərəci Bərhəqq hökmlə bağlı fəalın etirazını rədd edib.

 

Özü də hərbçi olan azərbaycanlı fəal təhlükəsizlik və məhkəmə orqanları tərəfindən yalan ittihamlarla üzləşib. O, mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı milli-mədəni fəalları dəstəklədiyinə görə Təbriz zindanına çağırılaraq təhlükəsizlik qüvvələri tərəfindən dindirilib.

 

Şahin Bərzgər sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq ittihamı ilə hərbi məhkəmədə mühakimə olunub və 70 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Azərbaycanlı fəalların əksəriyyəti İran məhkəmələrində əsassız olaraq sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə üzləşir və bu ittihamla həbsə məhkum edilir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar