SON XƏBƏRLƏR

KXDR Yapon dənizinə naməlum mərmi atıb

2021.10.20, 07:36
KXDR Yapon dənizinə naməlum mərmi atıb

Gunaz.tv

Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilmir.

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar böhran qərargahı yaradılıb. Bu barədə NHK telekanalı məlumat verib.

Qeyd edək ki, KXDR sentyabrda yeni raket sınaqları həyata keçirib. Ötən ayın 15-də KXDR Yaponiyanın müstəsna iqtisadi zonasına düşən Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb. Sentyabrın 28-də Cənubi Koreya Respublikası ordusu KXDR tərəfindən eyni istiqamətə qısa mənzilli raket buraxıldığını elan edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar