SON XƏBƏRLƏR

Marşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirir

2022.01.19, 08:34
Marşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirir

Gunaz.tv

Bu barədə MLİ-nin tviter səhifəsində bildirilib.

“Bu itlər ANAMA-nın humanitar minatəmizləmə işlərində köməklik göstərəcək. Biz onların gətirəcəkləri sülh və rifahı gözləyirik”, MLİ-nin sosial şəbəkədəki hesabında qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Marşal İrsi İnstitutu ilə memorandumuna əsasən 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar