SON XƏBƏRLƏR

“Yarımçıq təhsil, erkən nikah... Sonu görünməyən gələcək!”-QHT layihənin icrasına başladı

2022.02.15, 09:03
“Yarımçıq təhsil, erkən nikah... Sonu görünməyən gələcək!”-QHT layihənin icrasına başladı

Gunaz.tv

Bu barədə “Gender Bərabərliyi “ İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva məlumat verib. Onun sözlərinə görə, layihə 2022-ci ilin fevralın 1-dən mayın 1-ə qədər davam edəcək.

Təşkilat sədri bildirib ki, layihə erkən və qeyri-rəsmi nikahların bağlanmasının zərərli nəticələrinin təbliğindən ibarətdir. 

Layihədə əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və tibbi fəsadları barədə maarifləndirilmə işləri aparılacaqdır.

Layihə 4 regionda, Lənkəran, Cəlilabad, Biləsuvar və Səlyan rayonlarında keçiriləcəkdir. 

Hazırlıq dövru ərəfəsində tədbirlərin keyfiyyəli keçirilməsi  üçün İşçi qrupu  tərəfində lazımi işlər aparılır”-deyə, Ş.Əliyeva bildirib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar