SON XƏBƏRLƏR

Marağa zindanında məhkumlara işgəncə verilir

2022.02.04, 13:16
Marağa zindanında məhkumlara işgəncə verilir

Gunaz.tv

Məlumatda həmçinin məhbusların pis şəraitdə saxlanıldığı,  soyuq mövsümdə lazımi istilik avadanlığının, çarpayıların, sanitariya şəraitinin olmadığı bildirilir.

Qeyd olunur ki, həbsxanada cinayətlərin seqreqasiya prinsipinə əməl olunmaması kimi əlavə problemlər də var.

Marağa zindanı dörd kişi və bir qadın bölməsindən ibarətdir və burada ümumilikdə 1200-ə yaxın məhbus saxlanılır. 

Ölüm cəzasına məhkum edilmiş məhbuslar birinci palatada saxlanılır, ikinci palataya isə qeyri-müəyyən və məhkəmə orqanları tərəfindən yekun hökmü verilməmiş şəxslər daxildir.

 İnsan haqları təşkilatının məlumatında çarpayıların məhbus sayına uyğun olmadığı üçün bir çox məhkumun istilik avadanlığı olmayan quru və soyuq yerdə yatmağa məcbur olduğu, nəticədə məhbuslar arasında xəstəliyin geniş yayıldığı bildirilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar