SON XƏBƏRLƏR

Marağada Beynəlxalq Sərgi Salonunun tikintisinə vəsait ayrılmır

2022.01.14, 10:50
Marağada Beynəlxalq Sərgi Salonunun tikintisinə vəsait ayrılmır

Gunaz.tv

Seyid Əli Musəvi deyib ki, 11 il bundan öncə layihəsi təsdiq edilən Beynəlxalq Sərgi Salonunun tikintisinin başladılması üçün münasib yer də ayrılmayıb.

“Cari günəş ilinin sonuna kimi sərgi salonunun tikintisinə yer ayrılmadığı təqdirdə layihənin icazəsi ləğv ediləcək və bundan Marağa şəhəri ziyan görəcək -deyə, hökumətin məsələyə əhəmiyyət vermədiyini bildirib.

Marağa fərmandarının planlaşdırma və inkişaf üzrə müavini Həkimə İntizari Marağa Beynəlxalq Sərgisi Salonunun tikintisinə 2000-ci ildə ildə özəl sektor investorlarının, bələdiyyənin və Həmkarlar İttifaqının iştirakı ilə başladıldığını deyib.

O, bildirib ki, bu günə kimi layihənin reallaşmaması bölgə iqtisadiyyatının tanıdılması və satış məsələlərinə mənfi təsir göstərib.

Məsələ ilə bağlı açıqlama verən bələdiyyə başçısı Məhəmməd Məqtumi bundan öncə verdiyi vədləri bir daha təkrarlayıb, sərgi salonuna münasib yer ayrılması istiqamətində tədbirlər gördüklərini deyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar