SON XƏBƏRLƏR

Marağada iki məhkum edam edilib

2022.01.31, 12:58
Marağada iki məhkum edam edilib

Gunaz.tv

Məlumatda bildirilir ki, Mehrdad Kərimpur və Fərid Məhəmmədi adlı gənclərin 6 il bundan öncə, "əxlaqi məsələlər" səbəbindən məhkum olunub.

Onlar bu müddət ərzində Marağa zindanında saxlanılıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Ölkə zindanlarında həyata keçirilən edamların çoxu barədə mediaya açıqlama verilmir və ya gec məlumat verilir. 

Bir sıra hallarda edam olunanların ailələrinə məsələni ictimailəşdirməmələri ilə bağlı basqılar göstərildiyi üçün edam barədə xəbəri yaymırlar.

Bu edamlara və hökumətin barəsində rəsmi  məlumat vermədiyi edam hallarına hüquq müdafiəçiləri gizli edam adı veriblər və buna görədə ölkədə icra edilən edam sayının rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar