SON XƏBƏRLƏR

Marağada məktəb çatışmazlığı problemini yerli xeyriyyəçilər həll edir

2022.09.08, 08:36
Marağada məktəb çatışmazlığı problemini yerli xeyriyyəçilər həll edir

Gunaz.tv

Marağa şəhərində məktəb binalarının çatışmamasına görə, yerli xeyriyyəçi Yədulla Nikfərin oğlu Nəvid Nikfər 6 otaqlı məktəbin təməlatma mərasimini keçirib.

Təməlatma mərasimində Marağanın icra başçısı, təhsil məsulları və yerli xeyriyyəçilər iştirak edib və 700 kvadratmer sahədə tikiləcək məktəbin təməli qoyulub.

Qeyd edək ki, Marağada fəaliyyət göstərən Məktəb Tikintisi Xeyriyyə Cəmiyyəti Assosiyası bu günə kimi 500 sinif otağından ibarət 100 məktəb tikdirib. 

Son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar