SON XƏBƏRLƏR

Marağada 350 çarpayılıq xəstəxananın tikintisinə torpaq sahəsi ayrılmır

2021.12.21, 10:35
Marağada 350 çarpayılıq xəstəxananın tikintisinə torpaq sahəsi ayrılmır

Gunaz.tv

Bu isə əhalinin narazılığına səbəb olub. 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi Marağa şəhərində 350 çarpayılıq xəstəxananın tikintisinə 20105-ci ildə icazə verib.

Lakin bu günə qədər xəstəxananı inşasına başlamaq üçün torpaq sahəsi və büdcə vəsaiti ayrılmayıb. 

Marağanın Tibb Elmləri Universitetinin başçısı Əsgər Tənumənd bunu təsdiq edib.

Şərqi Azərbaycan əyaləti valisinin müavini və Marağanın fərmandarı Seyid Əli Musəvi Hüseyni bölgə üçün vacib səhiyyə infrastrukturunun 6 il gecikdirilməsini tənqid edib.  

Məsələ ilə bağlı açıqlama verən Marağanın İran parlamentindəki nümayəndəsi Əli Əlizadə layihənin icrası məqsədilə vəsait və torpaq sahəsinin ayrılması istiqamətində fəaliyyət apardıqlarını bildirib. 

180 min nəfər əhalisi olan Marağa xüsusilə tibb elmləri sahəsində Azərbaycan əyalətləri içərisində ilk yerlərdən birini tutur.

Lakin bölgə səhiyyə xidmətləri və adam başına düşən xəstəxana çarpayısı sayına görə geridə qalır. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar