SON XƏBƏRLƏR

Marağalı xeyriyyəçi tikdirdiyi məktəb “Ata-Ana” adını verib

2021.10.26, 07:15
Marağalı xeyriyyəçi tikdirdiyi məktəb “Ata-Ana” adını verib

Gunaz.tv

Marağalı doktor Həbib Məcidinin Qaranaz Ulya kəndində tikdirdiyi məktəbə türkcə “Ata-Ana” adı verməsi əhalinin marağına səbəb olub.

Bu ad güneyli sosial media istifadəçiləri tərəfindən də rəğbətlə qarşılanıb.

Hazırda Marağa mahalında 51 min məktəbli 550 məktəbdə təhsil alır.

Bu günə kimi 3 min təhsi işçisinin çalışdığı məktəblərin 100-ü yerli xeyriyyəçilər tərəfindən inşa edilib.

Son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

C.E 


8341da780695154518232cd0992571f75539cb9899ff2375ae9861a18016ae3a7186d1a79945338b68f9e5d8f8a19eda.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar