SON XƏBƏRLƏR

NATO Qara dənizlə bağlı planlarını açıqlayıb

2022.05.11, 05:08
NATO Qara dənizlə bağlı planlarını açıqlayıb

Gunaz.tv

Bunu NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, britaniyalı vitse-admiral Keyt Blount bildirib.

Blountun sözlərinə görə, NATO hər gün vəziyyətdən asılı olaraq öz planlarına yenidən baxır. O, həmçinin qeyd edib ki, alyans hərəkət proqramına uyğun Qara dənizdə gəmilər və sualtı qayıqlar saxlayır.

Aprelin sonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə bölgədən kənar ölkələrin hərbi gəmilərinin olmadığını bəyan edib. O bildirib ki, NATO gəmilərinin sularda hərəkəti Qara dəniz regionunda gərginliyi artıra bilər.

Akar hərbi gəmilərin Qara dənizə girməsinə icazə verməyəcəyini də vurğulayıb.

Belə ki, 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına əsasən, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmiləri burada üç həftədən çox qala bilməz. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar