SON XƏBƏRLƏR

Qarabağa dəstək aksiyasına görə saxlanılan fəala iki il həbs cəzası verildi

2021.12.16, 08:31
Qarabağa dəstək aksiyasına görə saxlanılan fəala iki il həbs cəzası verildi

Gunaz.tv

Qazı Fəthnəjadın başçılığı ilə keçirilən məhkəmənin qərarı fəalın vəkili şifahi olaraq Əsgər Məhəmmədiyə bildirilib və Babək Kiyumərsinin bundan öncə saxlanıldığı günlərin həbs müddətindən azaldıldığı qeyd olunub. 

Babək Sultani başqa culfalı fəal Səid Sultani ilə birlikdə 4 oktyabr 2020-ci ildə Culfa şəhərində olan iş yerlərində Təbrizdən göndərilmiş təhlükəsizlik məmurlarının iş yerlərinə basqını nəticəsində saxlanılaraq Təbriz ETTELAAT idarəsinin təcridxanasına köçürülüb.      

Onlar İranın Ermənistana dəstəyinə etiraz və Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusuna dəstək çağırışları ilə aksiyada iştirak etdiklərinə, “Nurduz” sərhəd keçid məntəqəsinin bağlanmasını tələb etdiklərinə görə saxlanılıb. 

Həbs zamanı məmurlar Sultaninin evində axtarış aparmış, onun şəxsi əşyaları, o cümlədən mobil telefon, komputer və başqa əşyalarını müsadirə etmişdilər. 

Hər iki fəal ETTELAAT təcridxanasında dindirildikdən sonra Babək Kiyumərsi 1 dekabr, Səid Sultani isə 2 dekabr 2020-ci ildə Təbriz zindanına köçürülmüş və hər iki fəal 3 dekabr tarixində 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdılar. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar