SON XƏBƏRLƏR

"Qarabağ"dan möhtəşəm qələbə: "Azərbaycan klubu növbəti mərhələyə yüksəldi

2021.11.05, 09:11
"Qarabağ"dan möhtəşəm qələbə: "Azərbaycan klubu növbəti mərhələyə yüksəldi

Gunaz.tv

Turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olub.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub. Hesabı 58-ci dəqiqədə Vadji açıb. Ev sahibləri 10 dəqiqə sonra hesabı bərabərləşdirib. Qolu "Kayrat"ın oyunçusu  Kante vurub. 

Ağdamlılar 72-ci dəqiqədə fərqi artırıblar. Bu dəfə Zubir fərqlənib. Oyun 2-1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

"Qarabağ" bu qələbə sayəsində pley-offa çıxmasını təmin edib. Buna qrupun bu gün keçirilən digər matçında “Bazel”in səfərdə “Omoniya” ilə heç-heçə etməsi də səbəb olub. 

Beləliklə,"Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq Avrokuboklarda qrupdan çıxan ilk klubumuz oldu.

Qeyd edək ki, qrup mərhələsinin başa çatmasına iki tur qalıb. "Qarabağ" qrupdan lider kimi çıxsa, birbaşa Konfrans Liqasının 1/8 finalına yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.  (Qol.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar