SON XƏBƏRLƏR

"Qarabağ"dan möhtəşəm qələbə: Azərbaycan klubu qrup lideri oldu-VİDEO

2021.10.20, 07:36
"Qarabağ"dan möhtəşəm qələbə: Azərbaycan klubu qrup lideri oldu-VİDEO

Gunaz.tv

"H" qrupunda yarışan təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub.

Birinci hissə "Qarabağ"ın ərazi üstünlüyü ilə keçib. Ağdam klubu rəqibin qapısı önündə çoxsaylı təhlükəli vəziyyətlər yaradıb.  Lakin hesabı 40-cı dəqiqədə ev sahibləri açıb.  

“Omoniya”nın qolunu Leçyaks vurub. İlk yaı bu hesabla başa çatıb. Fasilədən sonra Ağdam klubu hücumların kəsərini artırıb. Kadi Borqes 52-ci dəqiqədə hesabda tarazlıq yaradıb. 

Ramil Şeydayev 72-ci dəqiqədə ağdamlıları önə çıxarıb. 

"Qarabağ" klubunun kapitanı Maksim Medvedev 79-cu dəqiqədə penaltidən komandasının 3-cü qolunu vurub.  Kadi Boqres əsas vaxta əlavə olunmuş 4-cü dəqidədə "Qaraağı"n 4-cü qolunu vurub. 


 4:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi xalını 4-ə yüksəldib və qrup lideri olub.

"Qarabağ" ilk turda Bakıda "Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edib.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar