Azərbaycan çempionu “Qarabağ”ın ilk rəqibi bəlli olub.
Ağdam təmsilçisi bu mərhələdə Polşanın “Lex” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcək.
I təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 5-6-da baş tutacaq. Cavab görüşləri isə iyulun 12-13-də keçiriləcək.
Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. (apasport.az)
Ayxan