SON XƏBƏRLƏR

“Qarabağ” qrup ikincisi oldu və pley-offda oynayacaq

2021.12.10, 09:31
“Qarabağ” qrup ikincisi oldu və pley-offda oynayacaq

Gunaz.tv

Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” klubu H qrupunda son matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olub. İlk iki yerdən birini öncədən təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün meydana çıxıb.

Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb. “Qarabağ”ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıb. 

Fasilədən sonra da ssenari dəyişməyib. 

Yenə şansları sağa-sola “xərcləyən” komandamız qapısında daha iki top görüb.

Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. “Bazel” isə 1/8 finala yüksəlib. 

Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar