SON XƏBƏRLƏR

Araq içən kişi 80 şallaq və sürgünlə cəzalanıb

2021.10.20, 07:36
Araq içən kişi 80 şallaq və sürgünlə cəzalanıb

Gunaz.tv

GünAzTv: «Qaydalar elə onu pozmaq üçündür»-deyiminə İran İslam Respublikasının əhalisi tez-tez əməl edir. Hakimiyyətin qadağalarına ölkə sakinləri məhələ qoymamağa çalışır.

 

Belə qadağalardan biri də spirtli içiklərin içilməsinə qoyulub. Düz, 32 ildir İran əhalisi bu yasağı bir sıra hallarda ermənilərin «kişmiş» arağı hesabına pozur. Son illər isə spirtli içkilərin qaçaqmalçılığı da genişlənib. Yerli müşahidəçilərin fkirincə, bu qaçaqmalçılıqdan hakimiyyət təmsilçiləri daha çox xeyir götürür. Elə ermənilərin kişmiş arağından da xeyir göən məmur az deyil.

 

«fraza.ua»-nın məlumatına əsasən, ötən gün spirtli içki içmiş bir İran vətəndaşı 80 şallaqla cəzalanıb. O, əhalinin gözü qarşısında «tənbeh olunub». Müşahidəçilərə görə, hakimiyyət bununla əhalinin «gözünü» qorxutmağa çalışır.Həmin kişi şallaqlandıqdan sonra Ramşir şəhərinə sürgün edilib.

 

Qoyulan yasaqlar ucbatından bir sıra hallarda standarta uyğun olmayan spirtli içkilərin içiləmsi ilə də sonuclanır.

 

Xatırladaq ki, İranın İsfahan əyalətinin prokuroru Məhəmmədrza Həbibi ötən ayın sonunda  jurnalistlərə açıqlamasında son iki ayda İsfahan şəhərində əldəqayırma alkoqollu içkilər içən onlarla şəxsin zəhərləndiyini, 9 nəfərin içkidən öldüyünü bildirmişdi.

 

Məhəmmədrza Həbibi deyib ki, gecə qonaqlıqlarında qeyri-standart, əldəqayırma içkilərin istifadəsi geniş vüsət alıb: “Gənclərə tövsiyə edirəm ki, başqalarının felinə uymasınlar və əqidəsiz şəxslərin təklif etdiyi alkoqollu içkiləri içməsinlər”.

 

Həbibi evlərdə gizli yollarla qeyri-standart və əldəqayırma alkoqollu içkilər istehsal edib yayan onlarla şəxsi tutduqlarını da vurğulayıb. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar