“Qardaşlığımız əbədidir” QHT koalisiyası Türkiyəyə dəstək aksiyası keçirib- VİDEO

08.02.2023, 21:15

Bu gün “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənlinin təşkilatçılığı ilə bir neçə QHT sədri və nümayəndələri Azərbaycandakı Türkiyə səfirliyi önündə dəstək aksiyası həyata keçiriblər. Səfirliyin önünə gül çələngi və tər qərənfillər qoyan iştirakçılar hadisə nəticəsində həlak olanları 1 dəqiqəlik sükutla yad ediblər.

Gunaz.tv Quote | Gunaz article

Dəstək aksiyasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri  Emin Həsənli çıxış edib. 

“Qardaş Türkiyəyə daima dəstək olacağıq, Türkiyənin sevinci, sevincimiz, kədəri kədərimizdir. Hadisə bütün türk dünyasını sarsıtdı. Allah orada vəfat edən bütün qardaş-bacılarımıza rəhmət eləsin, yaralılara da acil şəfa versin”-Emin Həsənli belə deyib.

Azərbaycanın  Milli Qəhrəmanı general-mayor Polad Həşimovun  anası Səmayə xanım çıxış edərək Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanında olacağımızı, əlimizdən gələn bütün yardımları edəcəyimizi bildirdi.

Dəstək aksiyasında “Ehtiyatda Olan Zabitlər Konfedrasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyin sədri Füzuli Rzaquliyev, “ Qarabağ Qaziləri” İctimai Birliyin sədri Asəf Əliyev, “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri Maral Zamanova, 

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Çernobel Əlilləri” İctimai Birliyinin sədri  Mirhəsən Həsənov, ehtiyyatda olan  polkovnik Xətai Baxışov, Hikmət Ağayev, “Qardaşlığımız əbədidir” koalisiyasının idarə heyətinin üzvü  Əkbər Qoşalı, "Milli Qəhrəmanları Tanıtım" İctimai Birliyinin sədri  Elşən Uluxanlı Türkiyəyə həmrək olduqlarını bildiriblər.

Aksiyada I və II Qarabağ müharibəsi qaziləri, Şəhid ailələri, Çernobel əliləri,  20 Yanvar şəhid ailələri də iştirak ediblər.

Bir neçə QHT sədri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı görüşərək, baş verən hadisəyə üzüldüklərini bildirərək başsağlığı veriblər.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28