SON XƏBƏRLƏR

Qardaşı öldürülən azərbaycanlı məhbus Məhəmməd Heydərinin həyatı təhlükədədir

2022.11.27, 11:55
Qardaşı öldürülən azərbaycanlı məhbus Məhəmməd Heydərinin həyatı təhlükədədir

Gunaz.tv

Noyabrın 16-da Qəzvin prokuroru Hüseyn Rəcəbinin hökmü əsasında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq zindana salınan Məhəmməd Heydəri aclıq aksyası keçirir.

Həbsinin ilk günündən qanunsuz saxlanılmasına etiraz edərək aclıq aksiyasına əl atan azərbaycanlı Heydərinin aksiyanın 9-cu günündə vəziyyətinin ağırlaşdığı və huşsuz vəiyyətdə həbsxananın tibb məntəqəsinə kpçürüldüyü bildirilir.

Onun ailəsi ilə telefon danışığı və görüşünə icazə verilmir.

Qeyd edək ki, Cavad heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə, ailəyə qarşı təzyiq göstərilir.

Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar