SON XƏBƏRLƏR

Argentinada saxta İsrail pasportları ilə 2 İran vətəndaşı həbs edilib - FOTOLAR

2021.10.20, 07:36
Argentinada saxta İsrail pasportları ilə 2 İran vətəndaşı həbs edilib - FOTOLAR

Gunaz.tv

GünazTV: Argentinada saxta İsrail pasportu ilə səfər edən iranlı cütlük həbs edilib.

 

Argentina mətbuatının martın 17-də yaydığı xəbərə əsasən, ötən həftə saxta İsrail pasportları ilə İspaniyadan Argentina paytaxtı Buenos-Ayresə səfər edən iranlı cütlük, 27 yaşlı Səccad İsmayili Nasirani və 30 yaşlı Maşurə Səbzəli həbs edilib. Cütlük ifadə verərəkən, Səccad İsmayili Nasirani özünü fotoqraf, yoldaşı Maşurə Səbzəli isə özünü memar kimi təqdim ediblər.

 

Bildirilir ki, Argentina təhlükəsizlik qüvvələri, saxta pasportlarda “Netanel Toledano” və “Rıvka Toledano” adları ilə bu ölkəyə səfər edən iranlı cütlüyü saxladıqdan sonra, onların qaldığı hoteldə yoxlama aparmış, onlara məxsus mobil telefonlar və kameralar götürülüb. Yayılan bəzi xəbərlərdə isə qeyd olunur ki, şübhəli şəxs qismində həbs edilən cütlüyə cinayət işi açılaraq, terrorizmə qarşı mübarizə bölməsinə təhvil verilib. Məsələ ilə bağlı İsrail xüsusi xidmət orqanlarının əməkdaşları argentinalı həmkarları ilə birkdə araşdırma aparır.

 

İranlı cütlüyün Argentinada həbsi, 1992-ci ildə Buenos-Ayresdə yəhudilərin mədəniyyət mərkəzində baş verən terror aktının ildönümünə təsadüf edib. İranın dəstəklədiyi “İslami Cihad” qruplaşmasının həyata keçirdiyi həmin hücumda 29 nəfər həyatını itirmiş, ən azı isə 242 nəfər yaralanmışdı.

 

 

Cütlüyün hər hansı bir terrorçu fəaliyətdə olub-olmaması, yaxud onların sadəcə olaraq üçüncü bir ölkəyə mühacirət etmək üçün kimlərəsə pul verib əyri yollarla saxta İsrail pasportları əldə etməsi məsələsi araşdırılır.

 

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar