SON XƏBƏRLƏR

Sari və Qumda daha iki məhkum edam edilib

2022.07.10, 06:57
Sari və Qumda daha iki məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Mehdi Kərimi adlı şəxs qətldə ittiham olunduğu üçün edama məhkum edilmiş və Sari şəhərinin zindanına köçürülmüşdü.

Bununla yanaşı iyulun 9-da Qum əyalətinin Ləngərud şəhər zindanında Sistan-Bəluçistan əyalətindən olan Mehrullah Rigi narkotik maddələrin alverində ittiham olunduğu üçün dar ağacından asılaraq edam edilib.

İran mediası və məhkəmə sistemi rəsmiləri Mehdi Kəriminin və Mehrullah Riginin edamı barədə məlumat verməyiblər.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar