SON XƏBƏRLƏR

“İranla Səudiyyə ilə hər iki ölkədə konsulluqların açılması barədə ilkin razılığa gəlib” - Xarici diplomatlar

2021.10.20, 07:36
“İranla Səudiyyə ilə hər iki ölkədə konsulluqların açılması barədə ilkin razılığa gəlib” - Xarici diplomatlar

Gunaz.tv

Bu barədə, Ər-Riyadda olan və adının çəkilməsini istəməyən xarici bir diplomat oktyabrın 11-də Fransa agentliyinə açıqlamasında bildirib.


O deyib ki, böyük ehtimala görə hər iki ölkə qarşıdan gələn həftələrdə diplomatik əlaqələrinin normallaşdırılması barədə bəyanatlar yayacaqlar.


“İran və Səudiyyə Ərəbistanı öz aralarındakı gərginliyi azaltmaq və regiondakı təmsilçi savaşlara son qoymaq üçün bir razılaşma əldə etmək ərəfəsindədirlər”, -deyə adının çəkilməsini istəməyən xarici diplomat Fransa agentliyinə açıqlamasında qeyd edib. 


Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 11-də mediaya açıqlamasında rəsmi Tehranla Ər-Riyad arasında aparılan danışıqların ardı-arası kəsilmədən davam etdiyini bildirib.


“İranla Səudiyyə Ərəbistanı arasında apaılan dsnışıqların dörd mərhələsi Bağdadda, bir mərhələsi isə Nyu-Yorkda aparılıb.

Qərara alınıb ki, iki ölkə arasında aparılan danışıqların detalları hələlik icitimsiləşdirilməsin. Danışıqlarda isə üzərində ən çox dayanan mövzu regional məsələlərdir”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib. 
  

Qeyd edək ki, rəsmi Ər-Riyad 2015-ci ildə bu ölkənin Tehran və Məşhəd şəhərlərindəki diplomatik korpuslarının rejimə bağlı “Hizbullah”çı dəstələr tərəfindən işğal edilməsindən sonra dayandırıb.

روابط تهران و ریاض در دی ماه ۱۳۹۴ به دنبال حمله به اماکن دیپلماتیک عربستان سعودی در ایران قطع شد

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar