SON XƏBƏRLƏR

Xarici vətəndaşların Qərbi Azərbaycana girişi yasaqlanır

2021.12.22, 09:58
Xarici vətəndaşların Qərbi Azərbaycana girişi yasaqlanır

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin valisinin siyasət, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Əli Müstəfəvi məlumat verib.

O, bu qadağanın koronavirusun yeni ştammı “Omikron”un yayılması ilə bağlı olduğunu, xaricdən qayıdan iranlılara da tətbiq ediləcəyini deyib. 

“Xaricdə olan və ölkəyə qayıtmaq istəyən İran vətəndaşları koronavirusa qarşı iki doza vaksin vurdurmaları barədə sənəd təqdim etməli, test verməlidir.

Bundan sonra onlar sərhəd keçid məntəqəsində quraşdırılan düşərgədə karantinə alınacaq”-deyə, Müstəfəvi bildirib. 

Qeyd edək ki. bundan öncə Qərbi Azərbaycan əyalətinin Koronavirusa Nəzarət və İdarəetmə Mərkəzinin başçısı Seyid Cəlil Musəvi əyalətdə iki nəfərin "Omikron”a yoluxması ilə bağlı məlumat verib.

O, bildirib ki, yeni virusa yoluxmaqda şübhəli bilinən şəxslərdən analizlər götürülüb və yoxlanılması üçün Tehrana göndərilib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar