SON XƏBƏRLƏR

Ərdəbildə yerləşən tarixi Şeyx Səfiyəddin kompleksi Ümumdünya İrs Siyahısından çıxarıla bilər-FOTOLAR

2021.11.15, 10:18
Ərdəbildə yerləşən tarixi Şeyx Səfiyəddin kompleksi Ümumdünya İrs Siyahısından çıxarıla bilər-FOTOLAR

Gunaz.tv

Qedy edək ki, Şeyx Səfiyəddin Ərdəbilinin türbəsi Güney Azərbaycanın ən gözəl tarixi abidələrindən biridir və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Ətrafında icazəsiz tikinti aparıldığına görə abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısından çıxarıla bilər.

Şeyx Səfiəddin Ərdəbili kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Son illər məsul qurumla və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydasız olaraq çox qatlı binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

Fəallar Ərdəbildə kimliyi bəlli olmayan bir qrupun əlaqədar orqanların dəstəyi ilə şəhərin tarixi quruluşu və abidələrinin məhv edilməsi ilə nəticələnən tikinti fəaliyyətləri aparmaqdadırlar.

C.E 
 

content_image_1636956749.jpg

content_image_1636956762.jpg

content_image_1636956773.jpg

content_image_1636956786.jpg

content_image_1636956797.jpg

content_image_1636956810.jpg

content_image_1636956824.jpg

content_image_1636956838.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar