Şarl Mişel: “Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər"

05.05.2022, 14:19

“Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində "Interfaks - Ukraina"ya müsahibəsində deyib.

Gunaz.tv Quote | Gunaz article

“Varşavada keçiriləcək donor konfransın Ukrayna ilə bağlı Avropa “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, - o bildirib.

Ş.Mişel Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci Dünya müharibəsi ilə müqayisə edib: “Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19