SON XƏBƏRLƏR

Çaroymaq və Sərəskəndin yolları acınacaqlı durumdadır

2022.01.31, 12:05
Çaroymaq və Sərəskəndin yolları acınacaqlı durumdadır

Gunaz.tv

Millət vəkili təmsil etdiyi bölgələrin yollarının yalnız 33%-nin asfalt olduğunu, kəndlərin əksəriyyətinin normal yola malik olmadığını və çox sayda kəndin adicə torpaq yolunun belə çəkilmədiyini qeyd edib.

“Mövcud olan asfalt yollarda belə istifadə müddəti bitib.

Bu yollarda təmir və yenidənqurma işləri aparılmadığı üçün nəqliyyatın hərəkəti mümkün deyil. Əyalətin turizm yerlərindən biri olan və el arasında “Azərbaycanın cənnəti” adlandırılan “Atəş bəy” məntəqəsinə yol çəkilməsi təklifinin uzun illər öncə verilməsinə baxmayaraq heç bir tədbir görülmür” -deyə, Həmzə Əmini bildirib.

O, bununla yanaşı hər iki mahalda içməli su qıtlığı ilə yanaşı istifadə olunan suyun təmizlənmədiyini, suyun tərkibindəki arsenin insanların səhhətində ciddi problemlərə yol açdığını deyib.

Bir müddət bundan öncə, 2021-ci ilin dekabr ayında Sərəskəndin başçısı (fərmandar) Əmin Əminiyan yol, içməli su, iş yerləri və infrastrukturun olmaması səbəbindən bölgədən çox sayda insanın başqa əyalətlərə köç etdiyini demişdi.

O, Sərskənd mahalında işsizlik səviyyəsinin 24,32 olmaqla ölkə üzrə ortalama göstəricidən 12% yüksək olduğunu bildirib. 

C.E

تنها استخر شهرستان هشترود تا پایان سال به بهره برداری می رسد - خبرگزاری مهر  | اخبار ایران و جهان | Mehr News Agency

Həmzə Əmini

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar