SON XƏBƏRLƏR

Fars və Buşehr əyalətlərində daha bir neçə qaşqay türkü həbs edilib

2022.11.16, 12:30
Fars və Buşehr əyalətlərində daha bir neçə qaşqay türkü həbs edilib

Gunaz.tv

Məlumatda Buşehr əyalətinin Usləviyyə, Fars əyalətinin Firuzabad və Şiraz şəhərlərində daha 5 qaşqay mədəni fəalın saxlanıldığı bildirilib.

Hüquq müdafiəçilərinin verdiyi xəbərə görə, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları noyabrın 14-də fəalların ev və iş yerlərinə basqın edərək onları həbs edib.

Əvəzullah Səfəri Kəşkuli, İsmayıl Musalu, Casim Bahaduri Səgez, Səməd Avaye Xoş və Həmid Həzrəti adlı fəallar Fars əyalətinin mərkəzi Şiraz şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına aparılıblar.

Onların niyə həbs edildikləri və nədə ittiham olunduqları barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, saxlanılanlardan ikisi müəllimdir və onların hamısı yalnız türk dili və mədəniyyəti sahəsində fəaliyyət göstərirlər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar