İran əhalisi Suriyada ölən SEPAH-çılara nifrət edir- “Şəhid arvadı olduğumu deməyə qorxuram"-Qasım Süleymaninin mühafizəçisinin xanımı

30.11.2021, 15:44

SEPAH terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin 5 il əvvəl Suriyada həlak olmuş mühafizəçisi Rza Xürrəminin arvadı ölkə əhalisinin ona və digər “şəhid” ailələrinə mənfi münasibətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Noyabrın 29-da mediaya açıqlamasında ölkə əhalisinin Suriyada həlak olan SEPAH-çılara və onların ailələrinə nifrət etdiyinə eyham vuran Əzəm Qəməri deyib ki, o evdən bayıra çıxanda küçədə şəhid arvadı olduğunu deməkdən çəkinir.

“Elə bir vəziyyət yaranıb ki, mən artıq evdən çöllə çıxanda küçədə şəhid arvadı olduğumu və şəhid ailəsi olduğumuzu deməyə cürət etmirəm. 

Əgər kimsə də mənim şəhid arvadı olduğumu öyrənsə deyirəm ki, mən bir hərbçinin xanımıyan, ərim isə sərhəd zonasında həlak olub. 

Dəfələrlə olub ki, ərimin Suriya savaşında öldüyünü eşidənlər küçədə qabağımı kəsib deyirlər ki, Suriyanın bizə nə dəxli var axı, niyə qoydun ərin Suriya savaşına getsin. 

İnsanların çoxu elə bilir ki, Suriya savaşında döyüşənlərə çoxlu pul verirlər, halbuki belə deyil və onlara verilən pul sadə bir fəhlənin aldığı aylıq maaşı qədərdir. Hazırda isə ərimin ölümündən sonra onun maaşını mənim hesabıma tökürlər”, -deyə Əzəm Qəməri deyib.

Həmçinin ölümündən əvvəl əri Rza Xürrəminin Qasım Süleymaninin ən yaxın adamlardan biri olduğunu deyən Əzəm Qəməri, ərinin 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin nəticələrinə qarşı keçirilən kütləvi etirazların zorla yatırılmasında iştirak etdiyini və bu işdə Qasım Süleymani ilə əməkdaşlıq etdiyini təsdiqləyib. 

حضور قاسم سلیمانی، فرمانده کشته‌شده نیروی برون‌مرزی سپاه پاسداران، در سوریه

                                                              Bəşər Əsəd rejiminə dəstək vermək üçün Suriyada olan məşhur terrorçu Qasım Süleymani mühafizəçiləri ilə birlikdə

A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01